Azərbaycanda Prokurorluğun sabiq əməkdaşı Vahid Əkbərov vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə baku.ws-ə onun yaxınları məlumat verib.
Bildirilib ki, Vahid Əkbərov bir neçə gün əvvəl 67 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
O, daha əvvəl Baş Prokurorluqda böyük müstəntiq və bir sıra vəzifələrdə çalışıb. Təqaüdə çıxmazdan əvvəl isə Siyəzəndə prokuror müavini vəzifəsini icra edib.
Allah rəhmət eləsin!