Azərbaycanda seçicilərin sayı açıqlandıbackend

Azərbaycanda seçicilərin sayı açıqlandı

Azərbaycanda seçicilərin sayı artıb.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə məlumat verib.

Onun sözlərinə görə, seçici siyahılarının dəqiqləşdirilməsi diqqət mərkəzində olub: “Hazırda seçicilərin ümumi sayı 6 milyon 354 min 556 nəfər təşkil edir”.

“Dünyasını dəyişmiş şəxslərin adlarının seçici siyahılarında qalması yolverilməzdir. Bununla bağlı iş aparılır. Şəhidlərimizin də siyahısı MSK-ya təqdim olunub. Biz çalışmalıyıq ki, dünyasını dəyişmiş şəxslərin adları seçici siyahılarında olmasın”, – PA rəsmisi bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*