Azərbaycanda şirkət direktoru istefa verdibackend

Azərbaycanda şirkət direktoru istefa verdi

“Gəmi Təmir Tikinti” ASC-nin direktoru Həsənağa Həsənov vəzifəsindən istefa verib.

KONKRET.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, öz xahişi ilə işdən azad edilməsi üçün ərizə yazıb.

ASC onun vəzifədən azad edilməsi və yeni direktorun təyin edilməsi məsələsinə baxılması üçün səhmdarlarının ümumi yığıncağını çağırıb. Yığıncaq martın 5-i saat 11:00-na təyin olunub.

Qeyd edək ki, “Gəmi Təmir Tikinti” ASC 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi də Həsənağa Həsənovdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*