Azərbaycanda qeyri-adi və olduqca nadir tibbi hadisə qeydə alınıb. Ultrasəsli diaqnostika (USM) həkimi Arzu Aydının müayinə etdiyi 24 yaşlı qadının bətnində üç uşaqlıq aşkar edilib.
KONKRET.az xəbər verir ki, ultrasəs müayinəsi zamanı məlum olub ki, qadının orqanizmində üç fərqli uşaqlıq yerləşir. Hər üç uşaqlığın ölçüsü təxminən 42 millimetr uzunluğundadır.
Xəstəni müayinə edən həkim 40 illik fəaliyyəti ərzində belə halla ilk dəfə qarşılaşdığını bildirib.
Həkim onu da əlavə edib ki, hazırda ən vacib məsələlərdən biri bu üç uşaqlığın uşaqlıq yolu ilə necə əlaqəli olduğunun müəyyən edilməsidir. Bunun üçünsə pasiyent növbəti mərhələdə MRT müayinəsindən keçirilməlidir.
Natiq Səlim,
KONKRET.az
