Azərbaycanda son sutkada koronavirusa 90 yeni yoluxma qeydə alındıbackend

Azərbaycanda son sutkada koronavirusa 90 yeni yoluxma qeydə alındı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 90 yeni yoluxma faktı qeydə alınıb, 67 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 826 401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 875 nəfər müalicə olunaraq sağalıb, hazırda 518 aktiv xəstə var. Bu günə qədər 10 008 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 779, bu günə qədər isə ümumilikdə 7 430 759 test icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*