Azərbaycanda təhsil haqqları dövlət tərəfindən tənzimlənə bilər – AÇIQLAMAbackend

Azərbaycanda təhsil haqqları dövlət tərəfindən tənzimlənə bilər - AÇIQLAMA

Bu gün aztəminatlı ailələr övladlarının ali təhsil almaqlarına meylli deyillər. Səbəb isə maddi durumlarının aşağı olması və təhsil haqqlarının yüksək olmasıdır. Bu gün elə ixtisaslar var ki, illik təhsil haqqı 4000-6000 min manat arasında dəyişir. Təbii ki, bu pulun ödənilməsi valideynlərə çətinlik yaradır. Azərbaycanda universitetlərdə təhsil haqqları dövlət tərəfindən tənzimlənə bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan deputat Ceyhun Məmmədov bəzi ixtisaslar üzrə təhsil haqqının çox yüksək olduğunu xatırladıb:

“Təsəvvür edin ki, 6000 min manatdan əlavə uşağa  yemək, yol və ev pulu (rayondan gəlibsə) lazımdır. Bu, kifayət qədər ciddi rəqəm edir. Təbii ki, valideyn üçün bu qədər pulu ödəmək çətindir. Ona görə də çoxları övladlarını oxutmaqdan imtina edirlər. Bu baxımdan universitetlər təshil haqqını müəyyənləşdirən zaman mövcud reallığı nəzərə almalıdır”.

Milli Məclisin üzvü vurğulayıb ki, ölkəmizdəki maaşlara uyğun təhsil haqqları olmalıdır:

“Biz bilirik ki, minimum və orta əmək haqqı nə qədərdir. Belə olduqda 6000 min manat təhsil haqqı müəyyən etmək düzgün deyil.  Ən önəmlisi isə bu, təhsilin əlçatanlığına mane yaradır”.

Ceyhun Məmmədov fikrini belə tamamlayıb: 

“Dövlət üzərinə düşən bütün işləri görür, müəyyən güzəştlər edilir. Tez-tez bu istiqamətdə ölkə başçısının sərəncamları olur, amma universitetlər reallığı nəzərə almırlar. Bəzən imkansız tələbələrimiz arzuladıqları ixtisas üzrə təhsil ala bilmir. Buna görə də təhsilləri yarımçıq qalır. Səbəb isə təhsil haqqının yüksək olmasıdır. Təsəvvür edin ki, bir ailədə 2-3 uşaq ali təhsil müəssisəsində oxuyur. Bu təhsil haqqlarını üst-üstə gəldikdə təsəvvür edin ki, valideynlər üçün nə qədər çətin olur. Bu məsələ dövlət tərəfindən tənzimlənə bilər”.

Nərgiz Mirzəyeva               

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*