Azərbaycanda tikinti şirkəti cərimələndibackend

Azərbaycanda tikinti şirkəti cərimələndi

“Xaçın Çay” Təmir-Tikinti Kooperativi ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına görə inzibati qaydada 8 min manat cərimə edilib.

KONKRET.az report-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 275.2-ci (ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə) maddəsi ilə təqsirli bilib.

“Xaçın Çay” Təmir-Tikinti Kooperativi qərardan apellyasiya şikayəti verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*