Azərbaycanda “TikTok” nə zaman açılacaq? – RƏSMİ CAVABbackend

Azərbaycanda "TikTok" nə zaman açılacaq? - RƏSMİ CAVAB

Bildiyimiz kimi, Azərbaycanda “TikTok” sosial şəbəkəsi Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı məhdudlaşdırılıb.

KONKRET.az xəbər verir ki, buna səbəb “TikTok”da cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən, hərbi sirləri özündə əks etdirən dezinformasiya xarakterli məlumatların paylaşılması olub.

Bəs, Azərbaycanda “TikTok”a qoyulan məhdudiyyət nə vaxt aradan qaldırılacaq?

Bu barədə Lent.az-ın sorğusuna Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Cavabda qeyd edilir:

“”TikTok” sosial şəbəkəsinə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda bu barədə ictimaiyyətə məlumat təqdim ediləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*