Azərbaycanda tur rəhbəri dağlıq ərazidə yıxılıb öldü – FOTObackend

Azərbaycanda tur rəhbəri dağlıq ərazidə yıxılıb öldü - FOTO

Lerik sakini bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az bildirir ki, hadisə Astara rayonunun Hamuşam kəndi ərazisində baş verib.

Kənddə turistlərə bələdçilik edən tur rəhbəri, Lerik rayonunun Günəşli kənd sakini 29 yaşlı Rufiz Zamanov ehtiyatsızlıqdan yıxılıb və baş nahiyəsindən ağır xəsarət alıb.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, ətrafdakıların köməyi ilə o, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına hospitalizasiya olunub.

R Zamanov təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun dayısı Azad Rzayev verdiyi açıqlamada bildirib ki, R.Zamanovu epilepsiya tutub və o yıxılıb, baş nahiyəsindən xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*