Azərbaycanda ünvanlı sosial yardımın alınması qaydası dəyişirbackend

Azərbaycanda ünvanlı sosial yardımın alınması qaydası dəyişir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə”  Nazirlər Kabinetinin qərar layihəsində Qaydalara müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub.

KONKRET.AZ xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib. Onun sözlərinə görə, layihədə sosial yardım təyin olunan ailənin orta aylıq gəliri hesablanarkən borcun (o cümlədən kreditin) gəlir kimi nəzərə alınmaması əksini tapır.

Qeyd edək ki, mövcud qanunvericilikdə ailənin ünvanlı dövlət sosial yardım almaq hüququna baxılması zamanı onun orta aylıq gəliri hesablanarkən, götürdüyü borc (o cümlədən kredit) də nəzərə alınır. Sosial yardımın təyinatından sonra da ailə üzvünün kredit götürməsi və bu barədə məlumat verməməsi səbəbindən ailəyə sosial yardım ödənişi dayandırılır. Yenidən sosial yardım üçün müraciət etmək hüququ isə 1 il müddətinə məhdudlaşdırılır. Bu isə həmin aztəminatlı ailələrin sosial yardım proqramından dolğun şəkildə yararlana bilməməsinə səbəb olur, nəticədə onların maddi rifahına mənfi təsir göstərir.

Artıq yeni layihə bu məhdudiyyətin aradan qaldırılmasına, ailə üzvünün  götürdüyü kreditin ailənin sosial yardım hüququna maneə olmamasına imkan yaradacaq. Eyni zamanda, yeni layihədə aztəminatlı ailələrə potensial imkanları müqabilində şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələri və gəlirlərini artırmaları üçün aktiv şəkildə dəstək verilməsi məqsədi də ifadə olunur. Bununla əlaqədar sosial yardım təyin olunan ailənin özünüməşğulluq proqramına cəlb edilməsi də layihədə yer alır.

  • Видади
    May 4, 2020 - 21:35

    Salam men sizden xaiş edirem mene komekdarliq gösteresiz mene sosial yardim verilmediyi ucun ailede alti neferik birce anam pensiya alir bir ildi hec yerde işlemirem

  • Видади
    May 4, 2020 - 21:38

    Axşaminiz xeir men sizden cox xaiş edirem mene kömeklik gösteresiz yardim ucun

  • Видади
    May 4, 2020 - 21:42

    Menim kredit borcumda var uc uşagim var bide anamdi birce anam pensiya alir onunla nece dolanmaq olar bir ildi ki işlemirem hec yanda

  • Sevinc
    May 5, 2020 - 01:00

    Mənim iki uwaqim var .özüm ailəliyəm heç bir yerdə işləmirəm. Yawli atamda mənimlə qalır xahiw edirəm köməklik edesiz menede sosial yardım almaqa.

  • Nicat
    May 12, 2020 - 01:48

    Salam menimde iki usagim var islemiram 2 aydi evdayam gune muz isdiyirdim hec 190 manati vermadiler yalandan aldatdilar pulumu kimlerse yeyir yardimda almiram

  • Günay Əhmedova
    May 12, 2020 - 14:08

    Salam mənə helede SMS gəlmir hara müraciyət edim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*