backend

Azərbaycanda uşaq pulu nəyə görə verilməlidir? - Qubad İbadoğlu vacib səbəbləri açıqlayır

Bir neçə aydır ki, ölkə gündəmini uşaq pulunun bərpası məsələsi zəbt edib.

Ziyalısından tutmuş, sıravi vətəndaşına qədər hər bir azərbaycanlı ölkədə uşaq pulunun bərpasını vacib hesab edir və bu addımın aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması ilə nəticələnəcəyini düşünür.

Ölkənin tanınmış iqtisadçı ekspertlərindən olan Qubad İbadoğlu da uşaq pulunun bərpasını vacib hesab edən ziyalılardandır.

Qubad İbadoğlu: “sabah hərbi xidmətə gedəcək gənc, uşaqlıq dövründə dövlətin qayğısına möhtacdır”

Image result for Qubad İbadoğlu
Qubad İbadoğlu – İqtisadçı

Mövzunu KONKRET.AZ – a şərh edən iqtisadçı olduqca maraqlı məqamlara toxunub.

İqtisadçı bildirib ki, ölkəmiz həm də müharibə şəraitindədir və bədxah qonşumuz Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib: “Gənclərimiz ərazi bütövlüyümüzü qorumaq üçün məcburi hərbi xidmətə gedirlər.

Bu baxımdan hesab edirəm ki, Azərbaycanda uşaqların sağlam böyüməsi dövlətin qarşısında duran əsas vəzifələrdən biri olmalıdır.

Bunu hərbi komissarlıqda və çağırış məntəqələrində tibbi müayinədən keçən uşaqlarla əlaqəli aparılmış müşahidələr də təsdiq edir.

Bu baxımdan hesab edirəm ki, dövlət uşaqlara sahib çıxmalı, onların istehlak, təhsil, sağlamlıq ehtiyaclarını minumum səviyyədə olsa da uşaq pulu ödənilməsi vasitəsilə qarşılamaldır.

Çünki, sabah hərbi xidmətə gedəcək gənc, uşaqlıq dövründə dövlətin qayğısına möhtacdır.

Ona görə də Azərbaycanda uşaqların normal qidalanması, eyni zamanda sağlamlığının təmin olunması, yaxşı təhsil alması üçün uşaq pulunun verilməsi zəruridir”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*