Azərbaycanda uşaqlara TikTok qadağası gündəmdə – Rəsmi təklif verildibackend

Azərbaycanda uşaqlara TikTok qadağası gündəmdə – Rəsmi təklif verildi

Azərbaycanda uşaqların tiktoka girişinin qadağan edilməsi təklif olunur.

KONKRET.az xəbər verir ki, bu təkliflə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov “Uşaqların kiber mühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət” mövzusunda keçirilən dəyirmi masada çıxış edib.

Onun sözlərinə görə, Azərbaycanda uşaqların süni intellektlə bağlı müdafiə mexanizmlərinin gücləndirilməsi haqqında fəaliyyət planı qəbul edilməlidir:

“Fransa, Böyük Britaniya və s. ölkələr artıq bu planı qəbul edib. Eyni zamanda bəzi ölkələrdə uşaqların tiktoka girişi qadağan edilib. Bizdə də bu istiqamətdə addım atılmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*