Vergi daxilolmaları 4 % artdıbackend

Vergi daxilolmaları 4 % artdı

2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2022-ci il ilə müqayisədə 3,8 % çox – 16 milyard 126,7 milyon manat vəsait daxil olub.

KONKRET.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“O cümlədən, qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 19,3 % artaraq 9 milyard 70,8 milyon manata çatıb”, – deyə o qeyd edib.

“Ölkəmizin maliyyə dayanıqlığının təmin edilməsində vergilərin rolu ildən-ilə artır”, – deyə nazir əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*