Azərbaycanda vergi daxilolmaları 65% ARTDIbackend

Azərbaycanda vergi daxilolmaları 65% ARTDI

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 10 451,4 milyon manat vəsait daxil olub.

KONKRET.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, proqnoza nisbətən 10,2 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 64,5 % çoxdur.

9 aylıq vergi daxilolmalarının 4 259,7 milyon manatı neft, 6 191,7 milyon manatı isə qeyri-neft sektorunun payına düşüb. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 2,6 dəfə və 31,9 % çoxdur.

Hesabat dövründə proqnoza nisbətən artıq daxil olan vəsaitin 774,8 milyon manatı neft, 195,9 milyon manatı qeyri-neft sektorunun payına düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*