Bu il yanvarın 1-nə Azərbaycanda 1 674 984 vergi ödəyicisi olub.
KONKRET.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,9 % çoxdur.
Vergi ödəyicilərinin 86,8 %-i fiziki şəxslər, 13,2 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 4,6 %, idarə, müəssisə və təşkilatların sayı isə 6,6 % artıb.
Ötən il dekabrın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 7,2 % çox – 204 065 vahid təşkil edib.
2025-ci ildə 14 051 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 88,7 %-i yerli investisiyalı, 11,3 %-i xarici investisiyalıdır. Kommersiya qurumlarının 85,1 %-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,5 % təşkil edib.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92 %-i məhdud məsuliyyətli cəmiyyət, 1,1 %-i səhmdar cəmiyyət, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb.
