Azərbaycanda vəzifəli şəxs külli miqdarda QIZILLA TUTULDUbackend

Azərbaycanda vəzifəli şəxs külli miqdarda QIZILLA TUTULDU

Azərbaycandan külli miqdarda qızıl çıxarmaq istəyən şəxs saxlanılıb.

KONKRET.az Bakupost.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşları bununla bağlı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat keçiriblər.

Əməliyyat zamanı 4 kq qızılı ölkədən çıxarmaq istəyən Əfsər Mirzəliyev adlı şəxs saxlanılıb.

Qeyd edək ki, Ə.Mirzəliyev vəzifəli şəxsdir və dövlət qurumlarından birində məsul vəzifədə çalışır.

Xatırladaq ki, 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışmış polkovnik-leytenant Qəhrəman Məmmədov da ötən ayın axırlarında İstanbulda 70 kq qızılla saxlanılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*