Azərbaycanda xidmət edən general Ukraynada öldürüldübackend

Azərbaycanda xidmət edən general Ukraynada öldürüldü

Ukraynanın Zaporojye istiqamətində davam edən döyüşlər zamanı Rusiya ordusunun general-mayoru Sergey Qoryaçyov öldürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Teleqram kanallarında məlumat yayılıb.

Bildirilib ki, Rusiyanın 35-ci ümumordu qərargah rəisi general-mayor Sergey Qoryaçyov artilleriya zərbələri nəticəsində ölüb.

Qeyd edək ki, Qoryaçyov vaxtı ilə Rusiyanın Dnestyanıdakı qüvvələrinə rəhbərlik edirdi.

Məlumata görə, hərbi xidmətini Gəncədəki 104-cü hava-desant diviziyasında çəkib.//Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*