Azərbaycanda yarım milyon manatlıq şirkət bağlandıbackend

Azərbaycanda yarım milyon manatlıq şirkət bağlandı

“Gəncə Toxunulmamış Parça” Açıq Səhmdar Cəmiyyətinin növbədənkənar yığıncağı keçirilib.

KONKRET.az xəbər verir ki, yığıncaqda şirkətin ləğv olunması ilə bağlı qərar qəbul olunub.

ASC-nin ləğvi ilə əlaqədar ləğvetmə komissiyası yaradılıb.

Qeyd edək ki, “Gəncə Toxunulmamış Parça” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 513 966 manatdır. Şirkətin rəhbəri Mehrac Əliyevdir.

Xatırladaq ki, M.Əliyev bir müddət əvvəl ASC-nin ləğvi ilə əlaqədar olaraq səhmdarların növbədənkənar iclasını çağırmışdı. (İqtisadiyyat.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*