Azərbaycanda yoluxanların sayı yenidən arta bilərmi? – DEPUTATDAN AÇIQLAMAbackend

Azərbaycanda yoluxanların sayı yenidən arta bilərmi? - DEPUTATDAN AÇIQLAMA

Xəbər verdiyimiz kimi, avqustun 10-da Azərbaycanda yeni koronavirus infeksiyasına 79 yoluxma faktı qeydə alınıb, 278 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Qeyd edək ki, gündəlik yoluxanların sayının aşağı düşməsi ilə əlaqədar müəyyən yumşalmalara gedilib. Bu yumşalmaların yenə də davam etməsi gözlənilir. Bu yumşalmalar ölkə ərazisində yoluxanların sayının yenidən artmasına səbəb ola bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, yumşalmalar gözlənilən idi:

“Tətbiq olunmuş sərt karantin rejimi bəhrəsini verdi. Xatırlayırsınızsa, iyul ayında gündəlik yoluxma halları 700-ə çatırdı. Əgər vaxtında qarşısı alınmasaydı, pandemiya kütləvi xarakter ala bilərdi. Deməli, hökumətin gördüyü qabaqlayıcı tədbirlər doğru istiqamətdə aparılIıb. Vətəndaşlarımızın da xidmətləri danılmazdır. Karantin rejiminin qaydalarına əməl etməklə vətəndaş məsuliyyəti nümayiş etdirdilər. Nəticə göz qabağındadır, bu gün cəmi 79 nəfər yoluxub. Düşünürəm ki, vətəndaşlarımız arxayınlaşmamalıdır. Birinci dalğada ciddi problemlər yaşamış bir çox ölkələrdə yumşaldılmalardan sonra ikinci dalğa başlamışdır. Şənbə-bazar günləri dəniz kənarında həddindən artıq, çox kilometrlik sıxlıq müşahidə olunurdu. Adicə maşını park etmək üçün yer tapmaq qeyri-mümkün idi. Sosial məsafə ümumiyyətlə saxlanılmırdı. Belə mənzərəni müşahidə etdikdə narahat olmaya bilmirsən”.

Deputat qeyd edib ki, yumşalmaların payızda növbəti artıma səbəb olmasına gəldikdə isə COVİD-19 sübut etdi ki, yoluxmanın hər hansı fəsillə bağlılığı yoxdur:

“Fevral ayında bir çox mütəxəssislər bildirirdilər ki, isti hava şəraitində virus məhv olur. Praktika göstərdi ki, ən isti havada belə yaşamını saxlayır. Artıq qeyd etdim, iyul ayında ən çox yoluxma baş vermişdi. Yoluxmanın qarşısını almaq üçün ancaq və ancaq rejim qaydalarına əməl etməkdən keçir. Bu, hər bir vətəndaşımızı düşündürməlidir”.

Nərgiz Mirzəyeva
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*