Azərbaycanda yumurta bahalaşdı – VİDEObackend

Azərbaycanda yumurta bahalaşdı - VİDEO

Yumurtanın qiymətində artım müşahidə olunur.

KONKRET.az xəbər verir ki, son günlərdə paytaxt ərazisində bu məhsulun qiyməti 2-3 qəpik artıb.

Satıcılar “Xəzər Xəbər”ə bildiriblər ki, qiymətin artması mövsümi xarakter daşıyır. Onların bəziləri bu artımı bayram ərəfəsi olması ilə əlaqələndirir.

Satıcıların sözlərinə görə, hər il payız və qış aylarında sözügedən məhsulun azalması müşahidə olunur, bu da öz növbəsində qiymət artımına səbəb olur.

Vətəndaşlar da qiymətlərin baha olmasından şikayətlənir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*