Bütün təsərrüfat kateqoriyaları üzrə 2022-ci ilin statistik göstəricilərinə görə, Azərbaycanda cəmi 20020 baş eşşək olub. Əvvəlki illə müqayisədə bu heyvan növünün saxlanılması 4,9 faiz (2021-ci ildə 21047) azalıb.
Dövlət Statistika Komitəsindən KONKRET.az -a bildirilib ki, 20020 baş eşşək 9 kənd təsərrüfatı müəssisəsində cəmləşib. Bunlardan 7-si Göygöl rayonunda, 2-si isə Şabran rayonundadır. Eşşəklərin 129-u fərdi sahibkar təsərrüfatında, 19882-si isə ailə, kənli və ev təsərrüfatındadır.
Komitədən verilən məlumata görə, eşşəklərdən 2-si Bakı şəhərində Sabunçu rayonunda, 10-u isə Abşeron rayonunda saxlanılır.
Qeyd edək ki, əvvəllər Abşeron rayonunda eşşək ferması olsa da. onun sonradan bağlandığı və fəaliyyət göstərmədiyi qeyd edilib.