Azərbaycandan Ermənistana bu qədər turist gedibbackend

Azərbaycandan Ermənistana bu qədər turist gedib

Ermənistan Milli Statistika Komitəsinin hesabatına görə , 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ermənistana 13 turist səfər edib. 2022-ci ilin eyni dövrü üçün azərbaycanlı turistlərin sayı 5 nəfər olub.

KONKRET.az xəbər verir ki, 2023-cü ilin doqquz ayı ərzində Türkiyədən Ermənistana 9050 turist gəlibsə, 2022-ci ilin eyni dövründə bu rəqəm 6300 nəfər olub.

Komitənin məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında Ermənistana ən çox İran, ABŞ, Rusiya, Fransa, Almaniya və Gürcüstan vətəndaşları gəlib.

Pakistandan 2023-cü ilin 9 ayında Ermənistana 37 nəfər səfər edib, 2022-ci ilin eyni dövründə isə pakistanlı turistlərin sayı 21 olub. Naməlum ölkələrdən 2023-cü ilin 9 ayında Ermənistana 211 nəfər səfər edib, 2022-ci ilin eyni dövründə isə bu rəqəm 67 olub”, – deyə ölkənin Statistika Komitəsi bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*