“Azərbaycanı dəstəkləməyə davam edəcəyik” – Diplomatbackend

“Azərbaycanı dəstəkləməyə davam edəcəyik” - Diplomat

“Bura müharibə yeri deyil. Burda insanlar yaşayırdı. Lakin burdakı mənzərə göz qabağındadır. Biz məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq. Azərbaycan Prezidentini, hökumətini də təbrik edirik. Bizə də xoşdur ki, qardaşlarımız torpaqlarını azad etdilər. Burda gördüyümüz vəziyyət də xoş deyil. Biz bunu qınayırıq”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Cibutinin Səudiyyə Ərəbistanındakı səfiri, İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) daimi nümayəndəsi Dya-Eddine Said Bamakhrama Gəncəyə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

“Ermənistan ilə Azərbaycan arasında olan məsələnin sülh yolu ilə bitməsini hər zaman deyirik. Müharibə həll yolu deyil. İnşallah Azərbaycan daha da böyük uğurlar əldə etsin. Biz də buna sevinək. İƏT nümayəndə heyəti olaraq hər zaman yanınızdayıq. İƏT tərəfindən bəyanat qəbul olunub. Biz gəlmişik ki, burada olanları görüb bir daha bəyanatla Azərbaycanı dəstəklədiyimizi bildirək. Azərbaycanı dəstəkləməyə davam edəcəyik”, – o qeyd edib.

Xatırladaq ki, bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri İkinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfinin törətdiyi müharibə cinayətləri ilə tanış olmaq məqsədilə Gəncə şəhərinə səfər edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*