Azərbaycanın bank sektorunun aktivləri ARTDIbackend

Azərbaycanın bank sektorunun aktivləri ARTDI

Bu il oktyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 43 633,4 milyon manat təşkil edib.

KONKRET.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 26,4 % çoxdur.

Bankların aktivlərinin 17 990,4 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 25,7 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 41,5 %-dən 41,2 %-ə düşüb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 29,1% artaraq 38 288,3 milyon manata, o cümlədən depozit portfeli 32,7 % artaraq 31 373,7 milyon manata çatıb. Bunun 10 993 milyon manatı fiziki, 20 380,7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 26,9 %, şirkətlərin banklardakı vəsaitləri isə 36 % artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 26,9 % azalaraq 270,9 milyon manat olub.

Sektorun balans kapitalı isə 9,7 % artaraq 5 345,1 milyon manat təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*