Azərbaycanın Bolqarıstana ixracı dörd dəfə ARTIBbackend

Azərbaycanın Bolqarıstana ixracı dörd dəfə ARTIB

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycandan Bolqarıstana 184 milyon 568 min dollar dəyərində məhsul ixtac edilib.

KONKRET.az xəbər verir ki, “APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.7 dəfə və ya 134.7 milyon dollar çoxdur. 2022-ci ilin ilk 6 ayında Azərbaycandan Bolqarıstana 49 milyon 853 min dollar dəyərində məhsul ixrac edilmişdi.

Qeyd edək ki, hesabat dövründə Bolqarıstandan Azərbaycana idxal illik müqayisədə 32.8% və ya 6.7 milyon dollar azalaraq 13 milyon 886 min dollar olub.

Xatırladaq ki, cari ilin yanvar-iyun aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Bolqarıstanla ticarətin payı 0.76% təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*