Azərbaycanın bu kəndində qəribə hadisə: tövlələri yandırırlar, hasarlara “X” hərfi yazırlar – FOTO-VİDEObackend

Azərbaycanın bu kəndində qəribə hadisə: tövlələri yandırırlar, hasarlara "X" hərfi yazırlar - FOTO-VİDEO

Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində sakinlərin evlərinin yandırılmasına cəhd olunub.

KONKRET.az-ın Gəncə-Qazax bürosunun verdiyi məlumata görə, yaşanan vəziyyət bir müddətdir davam edir.

Bu günə kimi 10-yaxın ailəyə məxsus mal-qara tövləsi, ot tayaları yandırılıb.

Kənd sakinlərin sözlərinə görə, hələlik hadisənin kim və ya kimlər tərəfindən törədilməsi məlum deyil:

“Təhlükə gecə saatlarında yaşanır. İnsanlar bir anda hansısa evin həyətindən kəskin tüstünün çıxmasının şahidi olur. Daha bir maraqlı fakt ondan ibarətdir ki, evlərin hasarlarına “X” hərfi yazılır. Vəziyyət o həddə çatıb ki, kənddə insanlar gecələr keşik çəkir, evlərini, mal-qarasını mühafizə etməyə çalışır”.

Məsələ ilə bağlı polis də hərəkətə keçib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən kənd yollarında, eləcə də kənd ətrafı ərazilərdə nəzarət gücləndirilib.

Məlumat üçün bildirək ki, Zəyəm-Cırdaxan kəndi Şəmkir rayonunun ən iri kəndlərindən biridir. Kəndin 10 minə yaxın sakini var.

Kamil Məmmədov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*