“Azərbaycan tərəfinin Ermənistan ordusunun silahlanmasının məhdudlaşdırılması ilə bağlı bəyanatları absurddur”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
O bildirib ki, Azərbaycanın kiminlə müharibəyə hazırlaşdığını başa düşmək lazımdır:
“Azərbaycan özünü həddindən artıq silahlandırır. Mən onun kimə qarşı silahlandığını anlamaq istəyirəm, çünki Ermənistana qarşı müharibə vəziyyətində bu qədər arsenala ehtiyac yoxdur. Azərbaycanın kiminlə müharibəyə hazırlaşdığını anlamaq lazımdır. Ermənistanın müdafiə və ordu məsələsi isə bizim daxili işimizdir”.
Aygün,
KONKRET.az