Azərbaycanın cüdo tarixində bir İLKbackend

Azərbaycanın cüdo tarixində bir İLK

Cüdo tarixində ilk dəfə azərbaycanlı hakim böyüklər arasında dünya çempionatına dəvət alıb.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) Mətbuat Xidməti açıqlayıb.

Bildirilib ki, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək mundialda ACF-nin hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli referi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Qeyd edək ki, dünya çempionatı 13-20 iyun aralığında baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*