Azərbaycanın dünya birliyinə inteqrasiya prosesində azərbaycançılıq ideyasının əhəmiyyəti – ŞƏRHbackend

Azərbaycanın dünya birliyinə inteqrasiya prosesində azərbaycançılıq ideyasının əhəmiyyəti - ŞƏRH

“Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqlara malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik”.

Bu sözləri Ümumilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan parlamentindəki çıxışında deyib. Məhz bu fikirləri ilə ulu öndər Azərbaycanda hakimiyyətin mövqeyini əks etdirən azərbaycançılıq ideyasının əsaslarını bəyan etdi. Heydər Əliyev hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı.

Azərbaycançılıq ideologiyası bizi birləşdirən dəyərdir”

O dövrdə Azərbaycan ədəbiyyatında, musiqisində, kinosunda, təsviri sənətində və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəldi. Məhz onun iradəsi o 1978-ci ildə Sovet Azərbaycanının Konstitusiyasıında rəsmi dil kimi Azərbaycan dili yazıldı. Bundan əlavə, hələ sovetlər dönəmində Heydər Əliyev respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, Azərbaycan diasporunun təşəkkül tapmasını da vacib sayırdı. 90-cı illərdə hakimiyyətə qayıtdıqdan sonra o, xaricdəki soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsini, onların doğma vətənlə əlaqələrinin möhkəmlənməsini prioritet məsələ kimi hər zaman diqqətdə saxladı. Çünki güclü azərbaycanlı diasporu müstəqil Azərbaycanın dayağı idi. Ulu öndər çıxışlarının birində bu barədə belə demişdi:

“Hər yerdə azərbaycanlılar olanda Azərbaycanın dayağı da daha çox olur. Bir şərtlə ki, gərək millətini, torpağını, ana Vətəni unutmayasan”.

Məlumdur ki, cəmiyyəti birləşdirən, onun inkişafına zəmanət verən dəyərlər sistemi mövcud olmalıdır. Onların əsas qanun olan Konstitusiyada əks edilməsi ilə bərabər, insanların şüurunda, düşüncələrində, qəlbində olmaları vacibdir. Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşib. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası bu gün də mövcuddur. Bu ideya ictimai-siyasi proseslərə, Konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir.

Dünya Azərbaycanlılarının I Qurultayı

Məlumdur ki, azərbaycançılıq coğrafi anlayış deyil, o daha çox siyasi anlayışdır. Odur ki, bu ideologiya dövlətin aparıcı ideologiyasına çevrilib. 2001-ci ilin noyabrında Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında Ümummilli liderin bəyan etdiyi tezislər əslində azərbaycançılığın, Azərbaycan təəssübkeşliyinin ən lakonik ifadəsi idi:

“Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir”.

Gerçəkləşən ideya - azərbaycançılıq

Nəzərə alaq ki, qurultayda 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etmişdi. Bu qurultayda Azərbaycan Respublikası 130-dan çox dövlət və ictimai qurum, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlar, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdu.

Məhz bu qurultaydan sonra dünyanın 5 qitəsinə səpələn azərbaycanlılar vahid ideya ətrafımda bir bayraq altında birləşdi. Bunun ardınca 2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd oldu. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan verdi.

İlham Əliyev və diaspora

Dərin özül üzərində qurulan Azərbaycançılıq ideologiyası Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsləri ilə yeni çağırışlar fonunda daha üst səviyyələrə daşındı. İndi Azərbaycan diasporu kifayət qədər inkişaf edib.

İlham Əliyev xalqa müraciət edib » Azərbaycan Prezidentinin Rəsmi internet  səhifəsi

Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə layiqincə təqdim olunmasında diasporumuzun böyük xidmətləri var. Axı, azərbaycançılıq həm də dünyaya indeqrasiya deməkdir. Hazırda dünyanın 36 ölkəsində 15 koordinasiya şurası var. İndi Azərbaycan dövlətinin xarici siyasətinin əsas tərkib hissələrindən biri də məhz dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birliyinə nail olmadqdır. Bu məqsədə nail olmaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradıldı. Bunun ardınca Dünya Azərbaycanlılarının 2011-ci il iyulun 5-də Bakıda III Qurultayı keçirildi. Qurultayda çıxış edən Azərbaycan Prezidenti bəyan etdi:

“Bizim bir Vətənimiz var – Azərbaycan, bizim bir dilimiz var – Azərbaycan dili, bizim bir ideologiyamız var – azərbaycançılıq ideologiyası…”.

Bu gün Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır. Bu gün Azərbaycanın gücü təkcə iqtisadi və hərbi qüdrəti ilə deyil, həm də xalqımızın sıx birliyi ilə ölçülür. Möhtərəm Prezidentimiz İlham Əliyevin xalqına, Azərbaycana xidməti azərbaycançılıq ideologiyasına sədaqət nümunəsidir. Hazırda da azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Azərbaycançılıq ideyası qloballaşma şəraitində universal dəyərlərin qorunmasını təmin edir. Ümumiyyətlə, Azərbaycan dövlətinin milli ideologiyasının özəyini və əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər bu anlayışın tərkib hissələridir. Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaq və möhkəmləndirmək azərbaycançılıq ideologiyasının əsas qayəsidir. Məhz bu ideologiya hər bir vətəndaşın qəlbinə hakim olmalıdır.

Natiq Səlim,

KONKRET.az

“Bu dəstək mediamızı məmur puluna və ziyanlı maraqlara xidmət etməkdən çəkindirir” – Baş redaktorlar DANIŞDI

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” mövzusuna uyğun olaraq dərc edilir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*