Azərbaycan idmanında ağır itki: Əməkdar idman xadimi dünyasını dəyişdi – FOTObackend

Azərbaycan idmanında ağır itki: Əməkdar idman xadimi dünyasını dəyişdi - FOTO

Azərbaycan idmanının inkişafında əvəzsiz xidmətləri olan, Əməkdar bədən tərbiyəsi və idman xadimi Qiyas Məsimov dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, ölkə idmanının irəliləməsində əvəzsiz xidmətlər göstərən Qiyas Məsimov 71 yaşında həyatla vidalaşıb.

Xatırladaq ki, Əməkdar bədən tərbiyəsi və idman xadimi olan Qiyas Məmmədrza oğlu Məsimov 1950-ci il, fevral ayının 23-də dünyaya göz açıb. O, Azərbaycan Prezideninin 2006-cı il sərəncamı ilə Əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adına layiq görülüb.

Qeyd edək ki, Qiyas Məsimov bir müddət Abşeron rayon Uşaq-Gənclər İdman Mərkəzinin direktoru vəzifəsində çalışıb. Allah rəhmət eləsin!

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*