Azərbaycanın ən yaşlı seçicisinin 123 yaşı varbackend

Azərbaycanın ən yaşlı seçicisinin 123 yaşı var

“Azərbaycanın ən yaşlı seçicisinin 123 yaşı var”. 

KONKRET.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib ki, Azərbaycanda ən yaşlı seçicisi Ağdaş rayon sakini 1900-cü il təvəllüdlü Nəbiyeva Bari Şamı qızıdır və onun 123 yaşı var.

MSK sədri bildirib ki, ən yaşlı kişi seçici isə 108 yaşındadır: “Həmin şəxs isə 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur”.

Qeyd edək ki, seçki qanunvericiliyinin tələblərinə əsasən bu ilin yanvarın əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilib, ardıcıl, sistemli və intensiv şəkildə aparılan genişmiqyaslı və əhatəli prosesdən sonra cari il üçün seçici siyahılarının hazırlanması başa çatıb.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*