Azərbaycanın FIFA referisi növbəti təyinat aldıbackend

Azərbaycanın FIFA referisi növbəti təyinat aldı

Azərbaycanın FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

KONKRET.az xəbər verir ki, referi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Riyeka” (Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. İtaliyalı Canluka Aureliano VAR, digər FIFA referimiz Əliyar Ağayev isə AVAR kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, görüş iyulun 23-də Riyeka şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*