Azərbaycanın gənclərdən ibarət cüdo millisi Avropa çempionatında birinci oldubackend

Azərbaycanın gənclərdən ibarət cüdo millisi Avropa çempionatında birinci oldu

Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatını 3 medalla tamamlayıb.

KONKRET.az xəbər verir ki, ilk yarış günündə Nihad Məmişov (60 kq) və Məhəmməd Musayev (66 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

Nizami İmranov (66 kq) isə turniri bürünc medalla tamamlayıb. Marqarita pizza

Daha əvvəl yeniyetmələr arasında 2 qat dünya çempionu olan Nihad Məmişov karyerasında ilk dəfə Avropa çempionatının qızıl medalına sahib çıxıb. Məhəmməd Musayev gənclər arasında 66 kq çəkidə Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb.

Daha bir əlamətdar nailiyyət isə Nizami İmranovun ardıcıl üçüncü il qitə turnirində medal qazanması olub.

Qeyd edək ki, Fərid Qarayev (60 kq) yarışı 5-ci, Əbil Yusubov 7-ci pillədə başa vurublar.

Aktivində 2 qızıl və 1 bürünc medal olan Azərbaycan yığması 43 ölkənin mübarizəsində oğlanlar arasında birinci yeri tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*