Azərbaycanın “İnanılmaz adam”ı Türkiyədə növbəti döyüşünə hazırlaşır – FOTOLARbackend

Azərbaycanın "İnanılmaz adam"ı Türkiyədə növbəti döyüşünə hazırlaşır - FOTOLAR

KONKRET.az GunAz.az-a istinadən xəbər verir ki, Professional Kikboksinq karyerasını Türkiyədə davam etdirən həmyerlimiz “İnanılmaz adam” ləqəbli Yusif Məmmədov qardaş ölkədə möhtəşəm döyüşləri ilə Azəbaycan bayrağını hər zaman zirvələrdə tutur.

 

Yusif Məmmədov noyabr ayının 24-də növbəti döyüşünə çıxacaq. Qeyd edək ki, idmançımızın professional Kikboksinq karyerasında 24 döyüşü var, onlardan 20-si qələbə, 4-ü məğlubiyyətdir. Qələbələrinin 10-u nakautla başa çatıb.

Başqa bir qürurumuz Leopard ləqəbli “Alpaqut Turan döyüşü” üzrə gümüş medalçımız Vəli Allahverdiyev bildirib ki, noyabr ayında Bakıda keçiriləcək dünya çempionatında iştirak etmək üçün Yusif Məmmədovu Bakıya dəvət edib.

Ümid edirik ki, idmançımızla Bakıda görüşəcək və ondan müsahibə götürəcəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*