Azərbaycanın Qazaxıstandakı səfiri Türk Akademiyasını ziyarət edib – FOTOLARbackend

Azərbaycanın Qazaxıstandakı səfiri Türk Akademiyasını ziyarət edib - FOTOLAR

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Azərbaycanın Qazaxıstandakı səfiri Türk Akademiyasını ziyarət edib.

KONKRET.az-ın Mərkəzi Asiya bürosunun verdiyi xəbərə görə, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov ilə görüşüb.

Tərəflər türk dövlətləri arasındakı əməkdaşlıq çərçivəsində görülən işləri müzakirə ediblər və gələcək planlardan danışıblar.

Səfir Ağalar Atamoğlanov Türk Akademiyasının həyata keçirdiyi layihələrə görə, öz minnətdarlığını bildirib və qurumun gələcək fəaliyyətində uğurlar arzulayıb.

Akademiyanın rəhbəri Darxan Kıdırəli isə öz növbəsində Azərbaycan səfirinə Türk Akademiyasını ziyarət etdiyi üçün təşəkkürünü bildirib.  Onu qarşıdan gələn Yeni il və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

Darxan Kıdırəli Nizami Gəncəvinin “Yeddi gözəl”, “Leyli-Məcnun ”, eləcə də Əlişir Nəvainin Azərbaycan dilinə çap olunmuş seçmə əsərlərini Ağalar Atamoğlanova təqdim edib. Bundan əlavə, D.Kıdırəli Akademiyanın 2022-ci ildə Hüseyn Cavid və Əhməd Cavad kimi Azərbaycanın dahi şəxsiyyətlərinin yubileylərini yüksək səviyyədə keçirməyi planlaşdırdığını vurğulayıb.

Qeyd edək ki, bu il Beynəlxalq Türk Akademiyası Elmi Şurasının IV İclasında türk ədəbiyyatının klassiklərindən olan Nizami Gəncəvinin anadan olmasının 880, Əlişir Nəvainin 580 və Yunus Əmrənin vəfatının 700-cü ildönümü “Türkiyə üçün 2021-ci il mühüm tarixlər” siyahısına əlavə edilib.

İldırım Musayev

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*