Azərbaycanın 1991-1992-ci illərdə taxıl məhsulları naziri olmuş Zakir Abdullayev vəfat edib.
KONKRET.az xəbər verir ki, o, 84 yaşında dünyasını dəyişib.
Qeyd esək ki, Zakir Hilal oğlu Abdullayev vaxtilə Ali Sovetin deputatı da olub. 1991-ci ildə Ayaz Mütəllibov tərəfindən nazir vəzifəsinə təyin edilən Z.Abdullayev bir il sonra Əbülfəz Elçibəy tərəfindən işdən azad edilmişdi.
//Teleqraf
