Azərbaycanın sənaye zonalarından ixrac ARTDIbackend

Azərbaycanın sənaye zonalarından ixrac ARTDI

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın sənaye zonalarında istehsal olunmuş məhsulların dəyəri ötən ilin eyni dövrünə nisbətən 41,5% artaraq təxminən 2,1 milyard manat, zonalardan ixracın dəyəri isə illik müqayisədə 55,3% artaraq 846 milyon manat təşkil edib.

KONKRET.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də bildirib.

“Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,6%, ixracında isə 33,3 % olub. İndiyə qədər sənaye zonalarında 8 milyard manat dəyərində məhsul istehsal edilib və bunun 2,6 milyard manatlıq hissəsi ixrac olunub”, – deyə nazir əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*