Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov kimdir? – DOSYEbackend

Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov kimdir? - DOSYE

Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkilinin kimliyi məlum olub.

KONKRET.az xəbər verir ki, müvəqqəti işlər vəkili Elnur Şahhüseynovdur.

O, 1979-cu ildə doğulub. Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi, Ərəb dili və ədəbiyyatı kafedrasını bitirib. 2002-ci ildən etibarən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Müxtəlif illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində, Misirdəki səfirliyində müxtəlif vəzifələrdə fəaliyyət göstərib. İordaniyada Azərbaycanın müvəqqəti işlər vəkili olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili bu gün Azərbaycanın Suriyaya göndərdiyi humanitar yardımın Hələbdə paylanılmasında iştirak edib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*