Azərbaycanın tanınmış rəssamı vəfat etdibackend

Azərbaycanın tanınmış rəssamı vəfat etdi

Əməkdar rəssam Asif Azərelli vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından məlumat verilib.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra vəfat edib.

Asif Azərelli 19 iyul 1946-cı ildə Bərdə rayonunda anadan olub.

1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib.

1976-cı ildə keçmiş SSRİ-nin Azərbaycan Rəssamlar İttifaqının mükafatına layiq görülüb.

1983-1984-cü illərdə YUNESKO tərəfindən təşkil olunmuş beynəlxalq sərginin iştirakçısı olub.

Görkəmli rəssam daha çox Dədə Qorqud obrazının ən çox qəbul edilən versiyasının yaradıcısı kimi tanınırdı.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*