“Azərbaycanın tələbləri genişlənib, indi Ermənistandan 8 kəndi geri istəyirlər” – Abramyanbackend

"Azərbaycanın tələbləri genişlənib, indi Ermənistandan 8 kəndi geri istəyirlər" - Abramyan

“Azərbaycanın tələbləri genişlənib, indi Ermənistandan 8 kəndi istəyirlər”.

KONKRET.az xəbər verir ki, bunu “Şərəfim var” blokunun deputatı Tiqran Abramyan Facebook səhifəsində yazıb.

“Fransa Prezidentinin Azərbaycan Prezidenti ilə telefon danışığı olub. Onun əsas mövzusu gözlənildiyi kimi Cənubi Qafqaza, xüsusən də Qarabağdakı çətin vəziyyətə aid olub.

Telefon danışığı ilə bağlı Fransanın rəsmi mesajından fərqli olaraq, azərbaycanlılar öz mesajlarında 8 kəndlə (anklavlar – red.) bağlı daha bir təklif əlavə ediblər.

Ekoloji tələblər getdikcə genişlənib – Ermənistanı Qarabağla birləşdirən dəhliz üzərində Azərbaycanın nəzarəti, Ermənistan ərazisindən keçən dəhliz, indi isə 8 kəndlə bağlı ərazi tələbləri.

Yeri gəlmişkən, Azərbaycanın tələblərinin açıqlanması Ermənistana “təcavüz”ün ehtimal olunan istiqamətləri haqqında çoxlu məlumat verir”, – deyə Abramyan yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*