Azərbaycanın Türkiyədəki səfirliyi “Qaynar xətt” xidmətinin sayını artırdıbackend

Azərbaycanın Türkiyədəki səfirliyi “Qaynar xətt” xidmətinin sayını artırdı

Türkiyədəki Azərbaycan Səfirliyi koronovirus infeksiyasının yayılma riski ilə əlaqədar dünən gecə yaradılan operativ “Qaynar xətt” xidmətinin sayını artırıb.

KONKRET.az -a Türkiyədəki Azərbaycan Səfirliyindən verilən məlumata görə, Türkiyədə yaşayan, təhsil alan və müvəqqəti səfərdə olan vətəndaşlarımız +905372826740, +903124906913, +903124920423 “Qaynar xətt”lərə müraciət edə bilərlər.

Səfirliyin mətbuat katibi Elvin Süleymanlı bildirib ki, yüzlərlə müraciət edənlər var. Onlar daha çox qısamüddətli səfər edənlərdir: “Müraciət edənlərin siyahısı tutulur. Aralarında dönüş biletləri olanlar çoxdur. Uçuş tarixi və saatı bəlli olduqdan sonra vətəndaşlarımızla əlaqə yaradılacaq və onlar Azərbaycana göndəriləcək”.

Qeyd edək ki,  Türkiyə və Azərbaycan prezidentlərinin arasında hər iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin  dayandırılması ilə əlaqədar telefon danışığı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*