Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Ural bölgəsindəki azərbaycanlı diaspor rəhbərinin oğlu Mütvəli Şıxlinski ilə bağlı yeni detallar məlum olub.
KONKRET.az xəbər verir ki, E1 portalının mənbəsinin məlumatına görə, Mütəvəlla Şıxlinskinin yaşadığı ünvanda axtarış aparılması nəzərdə tutulur. Hazırda o, Rusiya Federasiyası Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən 48 saatlıq müddətə saxlanılıb. Yaxın günlərdə onun barəsində məhkəmə qərarı veriləcək.
Bununla yanaşı, Moskvada azərbaycanlı diasporun rəhbəri Şahin Şıxlinski barəsində də cinayət işi açılıb. Lakin istintaq detalları ictimaiyyətə açıqlanmayıb.
****
Yekaterinburqda Şahin Şıxlinskinin oğlu saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin rəhbəri Vitali Borodin məlumat yayıb.
Onun sözlərinə görə, iyulun 1-də saxlanılma zamanı Mütvəli Şıxlinskinin oğlu “Gelandewagen” markalı avtomobillə xüsusi xidmət orqanlarının əməkdaşını vurub.
Qeyd olunur ki, Ural bölgəsindəki Azərbaycan diasporunun rəhbəri Şahing Şıxlinski 2001 və 2011-ci illərdə törədilmiş qətl və qəsdlərlə bağlı cinayət işi üzrə şahid qismində dindirilib.
Natiq Səlim,
KONKRET.az