Azərbaycanın xarici dövlət borcu nə qədərdir?backend

Azərbaycanın xarici dövlət borcu nə qədərdir?

2023-cü il 31 dekabr tarixinə xarici dövlət borcu 6480,7 mln. ABŞ dolları (11017,2 mln. manat) ekvivalentində və ya Ümumi Daxili Məhsulun (ÜDM) 9,0 faizini təşkil edib.

KONKRET.az xəbər verir ki, bu, 2023-cü il üzrə Azərbaycan Respublikasının dövlət və icmal büdcəsinin icrasına dair məlumatda bildirilib.

Qeyd edilib ki, 2023-cü il 1 yanvar tarixinə olan göstəricisi ilə müqayisədə xarici dövlət borcunun məbləği mütləq ifadədə 212,5 mln. ABŞ dolları (361,2 mln. manat) və ya 3,2 faiz azalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*