“Azərbaycanın Zəngəzuru, Dərələyəzi, Göyçə mahalını tələb etmək hüququ var” backend

"Azərbaycanın Zəngəzuru, Dərələyəzi, Göyçə mahalını tələb etmək hüququ var" 

Ermənistanın siyasi rəhbərliyi regionda gərginliyi saxlamaq üçün müxtəlif yollardan istifadə edir. Bəzən uydurduqları yalanları tirajlamaqla onu beynəlxalq müstəvidə də yayaraq, Azərbaycana qarşı istifadə edirlər. Əksər hallarda uydurmalarına özlərindən başqa heç kəs inanmır və təbliğatları iflasa uğrayır.

İndi də erməni təbliğat maşını Azərbaycanın Ermənistan ərazisinə hücuma hazırlaşması barədə dezinformasiya yaymaqla məşğuldur. Təbii ki, feyk məlumatlar yayan ermənilərin məqsədləri aydındır və onlar dünya birliyinin diqqətini regiona cəlb etməyi düşünürlər.

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Ermənistan bununla yeni şou yaratmaq niyyətindədir: “Yadınızdadırsa, həmişə bizə qarşı təxribatlar edə-edə bizi günahkar çıxarmağa çalışırdılar. İndi isə Ermənistan istəyir ki, ona sərf edən variantı danışıqlardan qabaq xarici ölkələr, daha doğrusu, havadarları dəstəkləsin. Onlar yaxşı başa düşürlər ki, sərhəd mövzusu iki ölkə arasında gedən danışıqlar nəticəsində müəyyən olunacaq. Amma buna hazırlıq görərkən bu cür təbliğat təzyiqləri, həmlələri təşkil edir və beynəlxalq oyunçuların buna necə reaksiya verəcəyini gözləyirlər”.

Anklavlar məsələsinə də toxunan Tofiq Zülfüqarov qeyd edib ki, bu mövzu gündəmdə olsa da, sərhədlərlə bağlı mövqelərdə ziddiyyətli baxışlar ola bilər: “Anklav məsələsi digər mövzularla bir yerdə həll olunacaq. Burada yenə danışıqlar öz planda durur. Təbii ki, ərazi mübadiləsi də müzakirə oluna bilər. Hələlik bu mövzu barədə danışmaq tezdir. Əsas siyasi qərar hələ verilməyib. Çünki Ermənistan istəyir ki, 1975-ci ilin xəritəsi əsas götürülsün. Biz isə müxtəlif illərin xəritələrindən istifadəni təklif edirik. Hələlik yekun qərar mövcud deyil. Bəlkə anklavların yanındakı ərazilər də Azərbaycana qaytarılacaq. Zəngəzurun, Dərələyəzin, Göyçə mahalının taleyi necə olacaq? Həmin ərazilər sovet dövründə qanunsuz olaraq Ermənistana verilib. Azərbaycanın tam hüququ var ki, bu mövzuları qaldırsın və həmin əraziləri tələb etsin”.

Vəli Həsənov,

KONKRET.az

  • Vahid
    Oktyabr 17, 2023 - 13:57

    Hakimiyyətin Zəngəzur,Göyçə mahalı,Dərələyəz və digər ərazilərimizin xalqımızın iradəsi xaricində Sovet Rusiyası tərəfindən Ermənistana verilməsi faktını qabartmaması və onları sülh müqaviləsinin predmetinə daxil olacağını bəyan etməməsi təəccüblüdür.

  • Bilal
    Oktyabr 17, 2023 - 17:04

    Pillə-pillə.Qarabaģda bərkimək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*