Azərbaycanla dost ölkə olan Pakistanın İranla yaxınlaşmasının PƏRDƏARXASI: Risk, yoxsa…?backend

Azərbaycanla dost ölkə olan Pakistanın İranla yaxınlaşmasının PƏRDƏARXASI: Risk, yoxsa...?

Son günlər İran və Pakistan arasında müşahidə edilən bəzi yaxınlaşmalar birmənalı qarşılanmır və müəyyən suallar doğurur. Buna səbəb İranın Azərbaycanla o qdədər də isti olmayan münasibətləridir. Lakin Pakistnala dost və qardaş ölkə olduğumuzdan, bu yaxınlaşmanın rəsmi Bakıya nələr vəd etməsi gündəmə gəlir. Bəs görəsən, Azərbaycan üçün İran-Pakistan yaxınlaşması hansı iqtisadi və siyasi imkanlar və ya risklər yarada bilər?

Mövzunu KONKRET.az-a politoloq Tural İSmayılov şərh edib:

Tural İsmayılov: “İnsanlıq adına pozitiv nəticələrin olmayacağını  düşünürəm” | KONKRET

“Azərbaycan üçün İran-Pakistan yaxınlaşması regionda yeni iqtisadi və siyasi imkanlar açır. Bu əməkdaşlıq Bakının enerji və nəqliyyat sahələrində kordinasiyasını genişləndirir. Xüsusilə, regional tranzit və yük daşıma marşrutlarının diversifikasiyası Azərbaycanın strateji mövqeyini gücləndirir. İqtisadi sahədə bu yaxınlaşma Azərbaycan üçün yeni bazar imkanları yaradır. Kənd təsərrüfatı, sənaye və logistika sahələrində qarşılıqlı investisiya potensialı mövcuddur. Enerji sektorunda da layihələrdə iştirak imkanları Bakının ixracat imkanlarını şaxələndirir. Siyasi baxımdan isə İran-Pakistan əlaqələri Azərbaycanın Cənubi Asiya ilə strateji dialoqunu artırır. Bakı həm region, həm də beynəlxalq arenada manevr qabiliyyətini genişləndirə bilir. Bu yaxınlaşma Azərbaycanın çoxşaxəli xarici siyasətini daha da effektiv göstərir. Eyni zamanda enerji və iqtisadi inteqrasiya təşəbbüslərində Azərbaycan lider mövqeyini qoruyub saxlaya bilər. Nəticədə, İran-Pakistan yaxınlaşması Azərbaycanın regional rolunu və strateji əhəmiyyətini daha da gücləndirir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*