Azərbaycanla Qazaxıstan 50 milyon dollarlıq layihəyə başlayacaqlarbackend

Azərbaycanla Qazaxıstan 50 milyon dollarlıq layihəyə başlayacaqlar  

Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsinə 50 milyon dollardan çox vəsait xərclənəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstanın rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Jaslan Madiyev məlumat verib.

O qeyd edib ki, layihəni Qazaxıstan və Azərbaycanın telekommunikasiya operatorları birgə həyata keçirəcəklər.

Məlumat üçün əlavə edək ki, Xəzər dənizinin dibi ilə Transxəzər fiber-optik kabel xətti layihəsi Avropa və Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan Rəqəmsal İpək Yolu layihəsinin bir hissəsidir. (Oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*