Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaqbackend

Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaq

“Rusiya və Azərbaycanın Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin kriminalistik ekspertizasında iştirakına icazə verilməyəcək”.

KONKRET.az “NewTimes.kz”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Baş nazirinin müavini, qəzanı araşdıran xüsusi komissiyanın rəhbəri Kanat Bozumbayev Aktauda keçirdiyi brifinqdə bildirib.

“Qadağaya gəlincə, söhbət məhkəmə-tibbi ekspertizadan gedir. Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarına araşdırmanın bu mərhələsində iştirak etməyə icazə verilməyəcək, lakin qəzanın birbaşa araşdırılmasında iştirak edəcəklər.

Bu gündən Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanları bizim əməliyyat-istintaq qrupunun üzvü deyil və istintaq hərəkətləri həyata keçirmir. Bütün bunları Qazaxıstanın istintaq-əməliyyat qrupu – polis və prokurorluq həyata keçirir” , – Bozumbayev bildirib.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*