Azərbaycanla sərhədin açılması: İrəvanda bu cür qiymətləndirilirbackend

Azərbaycanla sərhədin açılması: İrəvanda bu cür qiymətləndirilir

Regional infrastruktur layihələri uğrunda yarışda 2025-ci ildə həm regional, həm də qeyri-regional qurumların hərəkətləri çox güman ki, bölgədə öz siyasi təsirlərini saxlayacaq. Bu, Ermənistan üçün əlavə təhlükəsizlik riskləri yarada bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin hesabatında deyilir.

“Regional blokadanın açılmasına rəqabət və siyasi təsirlər baxımından qiymətləndirən bəzi mərkəzlərdən fərqli olaraq, Ermənistan buna təkcə sülh gündəliyinin tərkib hissələrindən biri kimi deyil, həm də logistika və tranzit marşrutlarının potensialını tam reallaşdırmaq imkanı və ona bütün “Sülh kəsişməsi” layihəsinin mahiyyəti kimi baxır”, – deyə hesabatda qeyd olunur.

“Türkiyə və Azərbaycanla marşrutların və tranzit imkanlarının tamamilə açılması regionda sabitliyin mühüm təminatlarından biri olmaqla yanaşı, həm də mövcud geosiyasi və regional reallıqları nəzərə alaraq, regionu Avrasiya qitəsinin mühüm və təhlükəsiz logistika qovşağı halına gətirəcək”, – deyə sənəddə əlavə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*