“Azərbaycanla Türkiyənin dostluq münasibətləri ən yüksək səviyyədədir” – Aydın Mirzəzadəbackend

"Azərbaycanla Türkiyənin dostluq münasibətləri ən yüksək səviyyədədir" - Aydın Mirzəzadə

“Türkiyə və Azərbaycan arasındakı dostluq münasibətləri daim yüksələn xəttlə davam edəcəkdir”.

Bunu KONKRET.az  açıqlamasında Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlunun təkbətək görüşünü şərh edərkən deputat Aydın Mirzəzadə bildirib.

Deputat qeyd edib ki, qardaş Türkiyə ilə əməkdaşlıq ümumi tarixə, mədəniyyətə və dilə sökənir:

“Bu gün dostluq münasibətləri mümkün olan ən yüksək səviyyədədir. Bununla yanaşı əməkdaşlığı daha da möhkəmləndirmək, genişləndirmək lazımdır. Azərbaycan və Türkiyə Avropa ailəsinin layiqli üzvləridir”.

Aydın Mirzəzadə dünyada gedən prosesləri müzakirə etməyə və iki dövlət arasında əməkdaşlığın yeni layihələrini nəzərdən keçirməyə həmişə ehtiyac olduğunu vurğulayıb:

“Azərbaycanda yeni təyin olunan dövlət rəsmiləri ilk səfərlərini qardaş Türkiyəyə edirlər. Türkiyədə də bu siyasi ənənə Azərbaycan yönümdə oturuşubdur. Yeni Xarici işlər nazirimizin Türkiyə səfəri beynəlxalq aləmdə əməkdaşlıq məsələlərini birgə müzakirə etməkdən, gələcəkdə bu planlar üzrə müzakirə aparmaqdan ibarətdir”.

Milli Məclisin üzvü fikrini belə tamamlayıb:

“Hər iki xarici işlər nazirinin görüşdən sonra verdikləri bəyanat onu deməyə əsas verir ki, bu dostluq münasibətləri daim yüksələn xəttlə davam edəcəkdir”.

Nərgiz Mirzəyeva                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*