Azərbaycanlı bu ölkəyə girən kimi SAXLANILDIbackend

Azərbaycanlı bu ölkəyə girən kimi SAXLANILDI

Rusiyanın Şenkursk polisi federal axtarışda olan Azərbaycan Respublikası vətəndaşını saxlayıb.

KONKRET.az xəbər verir ki,bir neçə il əvvəl bu o, Rusiya ərazisində cinayət törətməkdə təqsirli bilinib.

Rusiyada cəzasını çəkdikdən sonra Azərbaycana qayıdıb. Məhkəmə tərəfindən həmin şəxsin Rusiya Federasiyasına girişinə qadağa qoyulması barədə qərar qəbul edilib.

Buna görə də o, Azərbaycanda olarkən məlumatlarını dəyişərək, qeyri-qanuni olaraq yeni sənədlərlə Rusiyaya gedib. Hazırda Həştərxan vilayətində ona qarşı dövlət sərhədini qanunsuz keçmə faktı ilə bağlı cinayət işi araşdırılır.

“Axtarışda olan şəxs haqqında məlumat dərhal bütün polis orqanlarına ötürülüb. Qısa zamanda Şenkurskda hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlının sürdüyü avtomobili görüblər. O, saxlanılaraq Həştərxan şəhərinə aparılıb”, – Daxili İşlər Nazirliyinin Arxangelsk vilayəti üzrə mətbuat xidmətindən bildiriblər./Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*